Xankəndidə silah-sursat tapıldı

12:10 02.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları ötən gün Xankəndidə 4 avtomat, 3 tapanaça və 3 qumbara aşkarlayıb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bundan başqa 2 ədəd müxtəlif markalı tüfəng, 50 ədəd patron darağı, 2129 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.